Tərkibi:
– 1 kq un
– 400 qr kərə yağı
– 200 ml süd
– 1 yumurta
– 1 çay qaşığı maya
– 1 çimdik duz
– İçi üçün: 400 qr fındıq ləpəsi, 300 qr şəkər tozu, 1 çay qaşığı hil
Hazırlanması:
1. Südü azca isidib mayanı həll edin.
2. Unu ələyin, otaq temperaturunda kərə yağı ilə ovun.
3. Yumurtanı, mayalı südü və duzu əlavə edib yumşaq xəmir yoğurun.
4. Xəmiri streçə büküb 1 saat dinləndirin.
5. İçlik üçün fındığı xırda doğrayın, şəkər tozu və hil ilə qarışdırın.
6. Xəmirdən kiçik kündələr düzəldib açın, içlik qoyub şəkərbura formasında bağlayın.
7. Üstünə bəzək vurub 170°C-də 20-25 dəqiqə bişirin (rəngi çox qızarmamalıdır).