Tərkibi:
- 1 kq un
- 2 ədəd yumurta
- 300 ml süd
- 250 qr kərə yağı
- 1 çay qaşığı maya
- 1 çimdik duz
- İçi üçün: 500 qr qoz ləpəsi, 300 qr şəkər tozu
- Üzəri üçün: yumurta sarısı, qoz
Hazırlanması:
- Mayanı südün içində həll edin.
- Unu ələyib yumurta, kərə yağı və duz ilə qarışdırın, mayalı südü əlavə edib xəmir yoğurun.
- Xəmiri isti yerdə 1 saat dinləndirin.
- İç üçün qoz ləpəsini xırdalayıb şəkər tozu ilə qarışdırın.
- Xəmiri 8-10 qat açın, hər qatın arasına əridilmiş kərə yağı sürtün və içlik səpin.
- Üst qat yumurta sarısı ilə yağlanır və bıçaqla paxlava şəkli verilir.
- Hər paxlavanın ortasına bir qoz yerləşdirin.
- 180°C-də 30-35 dəqiqə bişirin.